Kriminal
3 nəfəri güllələyən bina komendantına bu maddə ilə cinayət işi açıldı
Masazır qəsəbəsində baş verən silahlı hadisə ilə bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb.
Rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, 1968-ci il təvəllüdlü Yusifov Ehtiram Ramiz oğlunun törətdiyi əməllə bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə iş başlanıb.
Hadisədən sonr E.Yusifov özü könüllü olaraq istintaqa təslim olub.
Qeyd edək ki, hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Hadisəni törədən E.Yusifov Masazırdakı "Yeni Bakı" yaşayış kompleksinin komendantıdır. İlkin məlumata görə, hadisə maklerlərlə komendantın münaqişəsi zamanı baş verib.
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi