Kriminal
Bakıda məşhur rəssamın ev muzeyindən xalça oğurlandı
Azərbaycanın Xalq rəssamı, professor Kamil Əliyevin ev muzeyindən oğurluq olub.
Hadisə məşhur xalçaçı rəssamın İçərişəhərdə yerləşən ev müzeyində baş verib.
K.Əliyevin ailəsinin mülkiyyətində olan xalçalardan biri oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olub. O, Bakı Rəssamlıq Məktəbini bitirib. K.Əliyev 1930-cu illərdə tələbə olarkən "Azərxalça" Birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb.
O, Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam - müəllifi kimi özünü təsdiqləyib. Bədii sənət üzrə fəxri fərmanın və respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olub.
K.Əliyev 2005-ci ildə vəfat edib. (report)
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis həmkarlarını güllələdi - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin127 Aprel 19:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər