Region
Meral Akşener getdi, yerinə o gəldi - FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyasının yeni sədri məlum olub.
Publika.az “Haber Global”a istinadən xəbər verir ki, siyasi təşkilatın bu gün keçirilən 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dervişoğlu sədr seçilib.
Belə ki, dörd namizədin çıxışından sonra səsvermə başlayıb. 1 302 nümayəndədən 1 178-i səs verib. 7 səs etibarsız hesab edilərkən, 1 171 səs etibarlı sayılıb.
Birinci turda mütləq səs çoxluğu əldə olunmadığından seçki ikinci tura keçib. Daha sonra Tolqa Akalın namizədliyini geri götürüb. Müsavat Dervişoğlu 570, Koray Aydın isə 565 səs toplasa da, sədr üçüncü turda müəyyən edilib.
Üçüncü turda mütləq səs çoxluğu tələb olunmadığından ən çox səs toplayan namizəd Müsavat Dervişoğlu “İYİ” Partiyasının sədri olub. Üçüncü turda Müsavat Dervişoğlu 611, Koray Aydın isə 548 səs toplayıb.
Xatırladaq ki, Meral Akşener “İYİ” Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib.


-
İdman22:36
“Qarabağ”ın oyununa bilet 440 manata
-
Sosial21:50
Nigar Fərhadın BAŞI DƏRDDƏ: "Pulumu verin"
-
ABŞ21:36
Tramp: "London "şəriət qanunları"na keçmək istəyir"
-
İKT21:24
Turan İbrahimova yüksək VƏZİFƏ VERİLDİ
-
Hadisə21:00
Gizir “Xanı”nın minaya düşdüyü ərazidən görüntülər - VİDEO
-
Region20:48
Ərdoğan Azərbaycanla Ermənistan arasındakı sülhdən DANIŞDI
-
Hadisə20:24
İsmayıllıdan ÜZÜCÜ XƏBƏR - Ölən var
-
Nəqliyyat18:36
Bu qəsəbələrdə yaşayanlara ŞAD XƏBƏR - Yeni marşrut avtobusu fəaliyyətə başlayır