Azərbaycanda toydan sonra DƏHŞƏT YAŞANDI – Döyə-döyə öldürdülər - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Azərbaycanda toydan sonra DƏHŞƏT YAŞANDI – Döyə-döyə öldürdülər - (YENİLƏNDİ)

Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Publika.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi aydınlaşıb.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

*****

08:30

Neftçalada meyit aşkarlanıb.

Bu gün səhər saatlarında rayonun Bankə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Mahir Abbas oğlunun meyiti Neftçala şəhərində yerləşən "Xatimə" şadlıq sarayının arxasında tapılıb.

Məlumata görə, mərhum həmin gün toy mərasiminə gedib və axşam evə qayıtmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm