Kriminal
Özünü ölmüş kimi təqdim edən şirkət rəhbərinə cəza istənildi

Azərbaycanda barəsində dələduzluqla bağlı aparılan araşdırmaya görə özünü ölmüş kimi təqdim edən “Kaspian İnşaat MB” MTK-nın direktoru Rafət Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov ittiham nitqi ilə çıxış edib.
Prokuror Rafət Qəniyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses aprelin 25-də davam edəcək.
İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.
Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.
İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO
-
Hadisə11 Fevral 19:49
Sahibsiz dana Bakını bir-birinə vurdu - VİDEO