Kriminal
Azərbaycanda şok hadisə - Mikroavtobusların üstünə benzin töküb yandırdı - FOTO
Astarada 2 mikroavtobusu yandıran şəxs saxlanılıb.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Astara rayonunun Toradi kənd sakini N. Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub. İ. Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətiridiyi benzinlə N. Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış N. Babayevə məxsus 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi