Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI
Bizi izləyin

Kriminal

Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI

Ötən gün Bakı şəhəri Suraxanı rayonnda törədilmiş qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisəni qısqanclıq zəminində törədən Aqşin Quliyevin ailəsini tanıyan şəxslər onun bir müddətdir psixi problemlərinin olduğunu bildiriblər: “Bu səbəbdən də onun ailəsində münaqişə olub, bir müddət əvvəl uşaqlarını üzərinə bıçaq çəkib. Buna görə də həyat yoldaşı bir ay əvvəl uşaqlarının təhlükəsizliyi üçün evdən gedib. Hətta Aqşin Quliyevin qardaşı, bacısı da həmin gün evdə olub. Onlar da qardaşlarının psixi problemi olduğundan uşaqların və həyat yoldaşının bir müddət evdən uzaqlaşmasını məsləhət görüb. Uşaqların getməsi üçün maşını belə Aqşin Quliyevin qardaşı təşkil edib. Mütəmadi olaraq A.Quliyevin qardaşı, bacısı uşaqlarla, həyat yoldaşı ilə əlaqədə olub. A.Quliyevin keçmiş qonşusunu öldürməsinə səbəb psixi problemləridir. O, İlham Həşimovun yol ilə gedərkən evinin pəncərəsinə baxdığını və bu səbəbdən ondan şübhələndiyini deyib. Ötən gün İ.Həşimova zəng edərək görüşmək istəyib. İ.Həşimov da A.Quliyevin psixi problemləri və bu cür düşüncələrindən xəbərsiz olaraq keçmiş qonşusunu görməyə gəlib. A.Quliyev İ.Həşimovu əvvəl binanın qarşısında bıçaqlayıb,sonra evə apararaq başını kəsib. Hadisə barədə qonşular A.Quliyev qardaşına məlumat verib. Hətta qardaşına da bıçaqla xəsarət yetirərək evdən qaçıb. Daha sonra A.Quliyev qardaşının illər əvvəl münaqişəli Füzuli adlı şəxsin evinə gedərək ona da bıçaqla xəsarət yetirib. Həmin şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

Bildirilir ki, A.Quliyev barəsində hazırda Binəqədi rayon Polis İdarəsində də başqa əməllə bağlı cinayət işinin istintaqı aparılır.

Bu səbəbdən də törədilmiş qətl hadisəsinin istintaqı Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm