Türkiyədə DƏHŞƏTLİ OLAY: güllələnən azərbaycanlı xanım həkimlə bağlı ŞOK FAKT - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Türkiyədə DƏHŞƏTLİ OLAY: güllələnən azərbaycanlı xanım həkimlə bağlı ŞOK FAKT - FOTO - (YENİLƏNDİ)

Türkiyə mediasında dərc olunan xəbərlərdə iddia edilir ki, Cəlal T. və Aidə.A 4 il birlikdə yaşayıblar.

Bu münasibətdən onların 3 yaşında uşaqları da var.

***

11:20

Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda fəaliyyət göstərən xəstəxanaların birində azərbaycanlı həkim güllələnib.

Publika.az xəbər verir ki, Aidə A. adlı azərbaycanlı qadın həmkarı tərəfindən silahla vurulub.

Özəl tibb mərkəzinin sahibi olan Celal T. adlı şəxs yanında işləyən Aidə ilə bilinməyən səbəblər ucbatından mübahisə etməyə başlayıb. Daha sonra ona atəş açıb.

Azərbaycanlı həkim ağır yaralanıb. Onu yaralayan həmkarı isə hadisə yerindən qaçmaq istəyib. Lakin silah səslərini eşidərək tibb mərkəzinin qarşısına gələn polislər tərəfindən saxlanılıb.

Yaralı Aidə A. Bakırköy Sadi Konur Dövlət Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm