Bakıda 15 və 17 yaşlı iki qız yoxa çıxdı
Bizi izləyin

Kriminal

Bakıda 15 və 17 yaşlı iki qız yoxa çıxdı

Bakıda iki gənc qız və bir kişi itkin düşüb.

Badisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbabayev küçəsi 3 ünvanından, 1987-ci il təvəllüdlü Teymur Kərimov eyni gündə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanından çıxıb və bir daha geri qayıtmayıblar.

Hər üç şəxsin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı aidiyyatı üzrə polis bölmələrində araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm