Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: iki gənc küçənin ortasında...
Bizi izləyin

Kriminal

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: iki gənc küçənin ortasında...

Quba rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Samir Vəliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Samir Vəliməmmədov 2017-ci ilin yay aylarında Quba rayonunun Zərdabi qəsəbəsində Vasif Ağazadə ilə aralarında baş vermiş mübahisədən sonra onun Quba rayon polis şöbəsinə şikayət etməsi səbəbindən, qisas almaq niyyəti ilə sonuncunu öldürmək qərarına gəlib.

Öldürməyə gəldiyini açıqladı

Həmin məqsədlə 18 mart 2018-ci il tarixdə saat 18 radələrində Samir Vəliməmmədov Zərdabi qəsəbəsində Vasif Ağazadənin evinin qarşısına gəlib, onu küçəyə çağırıb. Söhbət zamanı qəflətən sol əli ilə Vasif Ağazadənin sağ çiynindən tutaraq, keçən il ondan polisə şikayət etdiyinə görə öldürməyə gəldiyini bildirib.

Bu zaman Vasif Ağazadə işin qurtardığını və onu bağışladığını deməsinə baxmayaraq Samir Vəliməmmədov “mən hələ qurtarmamışam, səni öldürəcəm” deyərək, özü ilə götürdüyü və gödəkçənin cibində saxladığı biçağı çıxarıb. O, həmin bıçaqla Vasif Ağazadənin sol qarın nahiyəsindən bir dəfə zərbə endirib.

Ürəyindən vurmaq istədi

Bu vaxt Vasif Ağazadə özünü müdafiə edərək Samir Vəliməmmədovun hər iki qolundan tutub və özündən kənarlaşdırıb.

Buna baxmayaraq, Samir Vəliməmmədov əlindəki bıçaqla Vasif Ağazadənin həyat üçün vacib orqanı olan ürək nahiyəsinə zərbələr endirməyə cəhd edib.
Növbəti bıçaq zərbəsini Vasif Ağazadənin ürək tərəfdən döş qəfəsinə dəyib. Hadisə zamanı Vasif Ağazadə müqavimət göstərərək, onu özündən aralı saxlamaqla kənarlaşdırmağa çalışıb, onun bıçaq zərbələr endirməsinə mane olub.

Köməyə adam çağırdı, hadisə yerindən qaçdı

Samir Vəliməmmədov Vasif Ağazadənin müqavimətini qırmaq məqsədilə biçaqla sonuncunun sol qol nahiyəsinə zərbə endirib. Vasif Ağazadə artıq müqavimət göstərə bilməyəcəyini başa düşüb və qışqırmaqla kömək istəyib.

Qışqırıq səslərinə küçəyə çıxmış qonşusu İbrahim İbrahimov təqsirləndirilən şəxsi tutub və kənara çəkib. Bu zaman Vasif Ağazadə Samir Vəliməmmədovu itələyib və hadisə yerindən qaçaraq yaşadığı evin həyətinə girib.

Qardaşı və qonşusu kömək etdi

Vasif Ağazadə qardaşı Novruz Ağazadə və qonşusu Müslüm Hümmətov tərəfindən sonuncunun idarə etdiyi avtomobillə Quba rayon xəstəxanasına aparılıb. Orada ixtisaslı tibbi yardım aldığına görə onun həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Samir Vəliməmmədovun barəsində Cinayət Məcəlləsinin 29,1201.-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Barışdıq, icraata xitam verildi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir Vəliməmmədov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O deyib ki, Vasif Ağazadə ilə 2017-ci ilin yay aylarında mübahisəsi olub: “Vasif Ağazadənin şikayəti əsasında Quba rayon polis şöbəsində araşdırma aparılaraq barəmdə inzibati xəta haqqında iş açılı və məhkəmədə barışdığımıza görə icraata xitam verildi”.

“Öldürmək niyyətim olmayıb”

Samir Vəliməmmədovun sözlərinə görə, 17 mart 2018-ci ildə Vasif Ağazadə ilə rastlaşıb: “Vasif ünvanıma nalayiq söyüşlər söydü. Bu səbəbdən ertəsi gün Vasiflə münasibətləri araşdırmaq üçün evdən bıçaq götürərək onlara getdim. Vasifi evdən çölə çağırdım. Həmin vaxt aramızda yenidən mübahisə baş verdi, Vasifi bıçaqladım. Qonşuların müdaxiləsi nəticəsində hadisə yerindən uzaqlaşdım və könüllü olaraq polisə gəldim. Vasifi öldürmək niyyətim olmayıb”.

“Mən səni öldürməyə gəlmişəm”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Vasif Ağazadə bildirib ki, təqsirləndirilən şəxslə aralarında olan mübahisə 2017-ci ilin yay aylarında yol kənarında olan qoz ağaclarından qoz yığarkən baş verib: “Nəticədə Samir Vəliməmmədov məni döyərək xəsarət yetirdi. Mən də bu barədə Quba rayon polis idarəsinə şikayət etdim. Məhkəmədə barışdığımız üçün icraata xitam verildi. 2018-ci ildə qardaşım Novruzla evdə olarkən qapının döyüldüyünü və qardaşım qapıya gedərək məni bir cavan oğlanın çağırdığını bildirdi. Samir məni danışmaq üçün həyətə çağırdı. Binanın blokunun qarşısında qəflətən sol əli ilə sağ çiynimdən tutaraq “Sən məni tanımadın? Sən məni keçən il polisə vermişdin. Sənin bu hərəkətin mənim yadımdan çıxmayıb. Mən səni öldürməyə gəlmişəm”, - deyə bildirdi”.

“Bıçaqla ürəyimə vurmaq istədi”

Zərərçəkmiş qeyd edib ki, həmin anda Samiri tanıyıb: “Ona cavab verdimr ki, bu iş qurtarıb, mən səni bağışlamışam. Samir isə mənə əhəmiyyət verməyərək bildirdi ki, mən hələ qurtarmamışam. O, üstündə olan bıçağı çıxararaq “səni öldürəcəm”, - deyərək bıçaqla sol qarın nahiyəmdən zərbə vurdu. Bu zaman Samirin hər iki qolundan tutaraq özümdən kənarlaşdırmağa çalışdım. Samir isə dayanmadan əlindəki bıçaqla məni ürəyimə vurmaq istədi. Samirin qolundan tutmaqla onun zərbələrinin qarşısını almağa çalışsa da, Samir növbəti dəfə qüvvətli bıçaq zərbəsini ürək tərəfimdən döş qəfəsi nahiyəmdən vurdu”.

“Tələb etdi ki, bıçağı yerə atsın”

Vasif Ağazadənin ifadəsinə görə, yenidən Samiri özündən kənarlaşmağa çalışıb, Samiri qolundan möhkəm tutmaqla özündən aralamaq istəyib: “Bu zaman Samir bıçağı ilə sol qolumdan vurdu. Artıq Samirin qolundan tutmağa davam gətirə bilməcəyimi hiss etdim. qışqırıb kömək çağırdım. Qışqırıq səsimə qonşum İbrahim gəldi. İbrahim Samirin əlində bıçağı gördü və sonuncudan tələb etdi ki, bıçağı yerə atsın, yaxınlaşıb Samiri qolundan tutub kənara çəkdi. Həmin vaxt Samiri özümdən itələdim, qaçaraq öz evimə girdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Vəliməmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Samir Vəliməmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini istəyib.

Samir Vəliməmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Məhkəmə Samir Vəliməmmədovun şikayətini təmin etməyib.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm