Bakıda evə girib 27 min manat oğurladılar
Bizi izləyin

Kriminal

Bakıda evə girib 27 min manat oğurladılar

Bakıda külli miqdarda pul oğurlayan şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.Cabbarov və T.Həbiyev saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm