ABŞ
ABŞ ordusu biabır oldu: çobanı “Əl-Qaidə” lideri ilə səhv saldılar və..
ABŞ qüvvələri çobanı “Əl-Qaidə”nin yüksək rütbəli məmuru ilə səhv salaraq, pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürüb.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post”un araşdırmasında deyilir.
ABŞ Mərkəzi Komandanlığının cümə axşamı, insidentdən təxminən bir il sonra verdiyi açıqlamada, "3 may 2023-cü ildə Birləşmiş Ştatlar Suriyanın şimal-qərbində “Əl-Qaidə”nin yüksək rütbəli liderini hədəf alan birtərəfli antiterror hava hücumu həyata keçirdi" deyilir.
İstintaq ABŞ ordusunun “Əl-Qaidə” hədəfini səhv müəyyən etdiyini və onun əvəzinə mülki vətəndaşın, cənab Lufti Hassan Mastonun vurularaq öldürüldüyünü müəyyən edib.
“Vaşinqton Post” 2023-cü ilin mayında bu əməliyyatdan sonra təhqiqata başlayıb və ABŞ rəsmilərinin öldürüldüyünü söylədiyi “Əl-Qaidə” əməliyyatçısının kimliyinə şübhə ilə yanaşıb. Bir ay sonra ABŞ ordusu insidentlə bağlı öz araşdırmasına başlayıb.
Mərkəzi Komandanlıq bildirib ki, apardığı araşdırma əməliyyatda “bir neçə problemin” olduğunu aşkar edib, lakin hədəfin müəyyən edilə bilinməməsinin səbəbini dəqiq açıqlamayıb.
Öldürülən çoban 56 yaşında olub və Suriyanın Qorkanya şəhərində yaşayıb. Öldüyü gün ABŞ-ın “Predator” pilotsuz təyyarəsi onu izləyib və evinin arxasına düşən “Hellfire” raketi ilə vurub.
“The Vaşinqton Post” aşkar edib ki, hədəfin kim olduğu və ya yanlış istiqamətləndirilmiş zərbəyə görə kiminsə cavabdeh olub-olmayacağı hələ də bəlli deyil.
Tural
-
Sosial11:21
Azad edilən Əskiparadan ilk görüntülər - Video
-
Nida Xəbər 10:56
Oyun bitdi, artıq Cənubi Qafqazda... - Hikmət Hacıyev
-
İdman10:34
Səhər qəhvə əvəzinə prosekko içəndə: Dünya çempionundan alovlu rəqs - VİDEO/FOTOLAR
-
MDB10:14
MDB-də vəziyyət gərgindir: Rusiya müharibə xəbərdarlığı etdi
-
MDB09:42
Deputat təklif verdi: Həmin gün qadınların iş saatı azaldılsın
-
MDB09:06
Ukrayna Krımı vurdu: Ölən və yaralananlar var
-
İdman08:51
Mbappe bu şəhərdə 18 milyon avroya MALİKANƏ ALDI
-
Magazin108:41
"Qaydalara görə Baləli dekan ola bilər" - Təhsil eksperti