Bakıda həmcinslərinə qənim kəsilən qadın tutuldu
Bizi izləyin

Kriminal

Bakıda həmcinslərinə qənim kəsilən qadın tutuldu

Bakıda oğurluqla məşğul olan qadın tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi, Nəsimi RPİ 22-ci PŞ və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da 2 qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Z.Əliyeva saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha iki qadının içərisində, ümumilikdə 315 manat və bank kartı olan çantasını oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm