Azərbaycanda "exchange"də qətl törədən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI
Bizi izləyin

Kriminal

Azərbaycanda "exchange"də qətl törədən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI

Gəncə şəhərində valyutadəyişmə məntəqələrindən birində işləyən şəxsi öldürməkdə ittiham olunan Nicat Dajbanın barəsində həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Məhkəməsində hakim Tural Qocayevin sədrliyi ilə baş tutan prosesdə Gəncə şəhər Prokurorluğunun müstəntiqi tərəfindən verilən təqdimat təmin olunub.

Nicat Dejbaninin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.

İttihama görə, ötən il noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Nicat Dajban şübhəli şəxs qismində tutulub.

Məlum olub ki, qətl hadisəsi Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib.

Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə Nicat Dajbanın idarə etdiyi minik maşını toqquşub.

Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb.

Mübahisə zəminində Nicat Dajban Mirağa Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Mirağa Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, mərhum şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.

İstintaq orqanı tərəfindən Nicat Dajbanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə Gəncə şəhər Prokurorluğunda istintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm