“Hyundai”ı qaçıran Qala qəsəbəsində yaxalandı
Bizi izləyin

Kriminal

“Hyundai”ı qaçıran Qala qəsəbəsində yaxalandı

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a bildirilib ki, iyulun 23-də Bakı şəhər sakini S.Məlikova məxsus “Hyundai” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm