Bakıda əməliyyat: "Quli" ləqəbli şəxs tutuldu - FOTO
Bizi izləyin

Kriminal

Bakıda əməliyyat: "Quli" ləqəbli şəxs tutuldu - FOTO

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Səbail RPİ Narkotiklə mübarizə bölməsi və 8-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb.

Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellafonda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsiylə cinayət işi başlanıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm