Kriminal
Mağazanın qarşısında törədilən dəhşətli qətllə bağlı YENİ XƏBƏR
12 may 2020-ci il tarixdə Kürdəmir rayonu ərazisində rayon sakini Cəbrayıl Malkova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Publika.az-a Kürdəmir rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Rahim İslamovun şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cəbrayıl Malkovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hadisə Kürdəmirdə "Dördyol" adı ilə tanınan ərazidə marketin qarşısında baş verib və hadisə mağazanın kamerası tərəfindən anbaan lentə alınıb.
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ