Kriminal
Şəmkirdə dəhşətli cinayət - 83 yaşlı kişini güllələyərək öldürdülər

Oktyabrın 25-də saat 16 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1937-ci il təvəllüdlü Mustafayev İsa Göyalı oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1947-ci il təvəllüdlü Rüstəmov Hüseyn Novruz oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq İsa Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

-
Nida Xəbər 22:42
Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
-
Kriminal21:17
Vardanyanın cinayət işinin məhkəmə baxışı davam etdirildi
-
Magazin121:05
Çimnaz Sultanovanın Xalq artisti ilə arxiv VİDEOSU
-
Nida Xəbər 20:23
Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan İLK AÇIQLAMA
-
ABŞ20:00
Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edildi
-
İnanc19:20
Həcc ziyarətinə gedəcək şəxslərin nəzərinə! - YENİ QADAĞA
-
Kriminal18:40
Ana 3 övladının biləklərini kəsdi: 2-si öldü
-
Dünya16:24
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər