Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
Bizi izləyin

İdman

Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq

Danimarkalı velosipedçi Solbjörk Minke Anderson Paris Olimpiadasını buraxmaq məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, bu barədə Danimarka Velosipedçilər İttifaqının mətbuat xidməti məlumat yayıb.

Ötən gün evinin yaxınlığında məşq edən 19 yaşlı idmançını avtomobil vurub. Qəza nəticəsində körpücük sümüyü sınıb.

Andersonu Parisdə ikiqat Danimarka çempionu Rebekka Kerner əvəz edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm