Sumqayıtda əməliyyat - Onlarla şəxsin pulunu ələ keçirən şəxs tutuldu
Bizi izləyin

Kriminal

Sumqayıtda əməliyyat - Onlarla şəxsin pulunu ələ keçirən şəxs tutuldu

Sumqayıtda dələduzluqla məşğul olan şəxs tutulub.

Publika.az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat pulunun alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb.

Ətrafında aprılmış tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 6600 manat pul alması da müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm