Rusiyada qadını öldürüb Ucara qayıtdı
Bizi izləyin

Kriminal

Rusiyada qadını öldürüb Ucara qayıtdı

25.10.2015-ci tarixdə Rusiya Federasiyasının İstintaq Komitəsinin Tatarıstan Respublikası İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanmış və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Publika.az xəbər verir ki, 26.04.2021-ci il tarixdə Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilmiş və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Hazırda 09.01.1965-ci il tarixdə Ucar rayonu Qardağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm