Kriminal
Daha bir sayğac oğrusu həbs edildi
“Azəriqaz” İstehsalat Birliyinin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub.
Publika.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, 1989-cu il təvəllüdlü Qurbanov Hafiz Kazım oğlu cinayət məcəlləsinin 177-ci maddəsinin tələbləri əsasında cəzalandırılıb. O, Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov bildirib ki, oğurluq etməklə Birliyə ziyan vurmuş həmin şəxs barəsində məhkəmənin 11 mart 2021-ci il tarixdə qəbul olunan hökmü artıq qanuni qüvvəsini alıb.
Onun sözlərinə görə bundan sonra da “Azəriqaz” İB-yə məxsus əmlak oğurlandığı təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı
-
Sosial12:10
Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika11:42
İlham Əliyev Çavuşoğlunu qəbul etdi
-
Dünya11:16
Əsəd yardım üçün Kremlin qapısını döydü: Putindən gözlənilməz cavab
-
İqtisadi gündəm10:28
Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq - VİDEO
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir