Kriminal
Mingəçevirdə 13 min manatlıq cinayətin üstü belə açıldı - FOTO
Mingəçevirdə fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi dəyəri 13 min manat olan 130 top kabelin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər də oğurluğa görə məhkum olunmuş Ənvərpaşa Qasımov, Elvin Şirəliyev və Səməd Əliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkən şəxsin evində fəhlə işlədiyi üçün kabellərin yerini bilən Ə.Qasımov bir neçə dəfə həmin ünvana oğurluq məqsədilə daxil olub. Sonuncuda isə daha çox qazanc əldə etmək üçün bu işə öz dostlarını da cəlb edib. Onlar oğurladıqları kabelləri əlvan metal qəbulu məntəqələrinə satıblar.
Davam etdirilən tədbirlərlə Ə.Qasımovun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun şəhər ərazisindəki qəssab dükanından da oğurluq etdiyi məlum olub.Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
İqtisadi gündəm10:28
Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir
-
Magazin108:48
Gülyaz Məmmədovaya 47 dəfə elçi düşən məşhur musiqiçi kimdir?
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ