Kriminal
Göyçayda 18 yaşlı Fatimənin qətlinin ŞOK TƏFƏRRÜATI: Dayı bacısı qızını... - FOTO
Göyçay rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
Publika.az-ın xəbərinə görə, rayonun Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı dayısı, eyni kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən balınc ilə boğularaq qətlə yetirilib.
Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir.
Qızın anası, 1980-cı il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Qətl hadisəsindən sonra qızın dayısı evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib. Hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.
Qeyd edək ki, dayı bacısı qızını namus üstdə öldürüb. Belə ki, Fatimə Məmmədova bir dəfə nişanlı olub. Sonradan başqa bir oğlana qoşularaq Bakıya gedib və yenidən evə qayıdıb. Qətlin bu səbəbdən baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
-
Pul01:41
İranda dollar KƏSKİN BAHALAŞDI
-
Sosial00:30
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər zülmətə qərq olacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bir ofis romantikası başlaya bilər
-
Magazin114 Dekabr 22:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb14 Dekabr 21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı faciəvi şəkildə HƏLAK OLDU - FOTO
-
Magazin114 Dekabr 19:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB14 Dekabr 18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin214 Dekabr 18:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO