Azərbaycanda musiqiçinin xanımının ŞOK İNTİHARI - Xəyanət şübhəsi, saçını qırxdı...
Bizi izləyin

Kriminal

Azərbaycanda musiqiçinin xanımının ŞOK İNTİHARI - Xəyanət şübhəsi, saçını qırxdı...

Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Yaqub Qurbanov 1993-cü il təvəllüdlü həyat yoldaşı Aynurənin intihar etməsinə səbəb olub.

Publika.az Teleqraf.com-a istinadən bildirir ki, Yaqub onunla 2012-ci ildən nikahda olub birlikdə yaşayan, heç bir yerdə işləməyən, evdar qadın olan Aynurənin ondan maddi cəhətdən asılılığından istifadə edib. O, Aynurə ilə amansız rəftar edib və mütəmadi olaraq onu döyüb.

Musiqiçinin arvadı niyə intihar etdi?

Yaqub 7 oktyabr 2019-cu ildə gecə saat 3 radələrində yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksində binalardan birinin 5-ci mərtəbəsində yerləşən mənzilin qonaq otağında arvadının ona xəyanət etməsini əsas gətirib. O, stulun söykənəcək taxtasını qopararaq Aynurənin baş nahiyəsindən vurub.

Bundan sonra Yaqub sakitləşməyib və anaları Aynurənin qışqırıq səsinə gəlmiş azyaşlı övladları - 2013-cü il təvəllüdlü Yusif və 2015-ci il təvəllüdlü Yağmurun gözləri qarşısında onun saçından tutub. O, Aynurıəni sürüyərək hamam otağına aparıb və saçını üzqırxan maşın ilə kəsməyə cəhd edib.

Üzqırxan maşın nasaz işlədiyindən Aynurəni yenidən qonaq otağına gətirib və ona qarşı amansız rəftarını davam etdirib. O, arvadının saçını qayçı ilə kəsib. Aynurə özünü öldürmək qərarına gəlib. O, yaşadığı evin eyvanından özünü ataraq intihar edib.

"Mənə xəyanət etməsindən şübhələndim"

İstintaq orqanı Yaqubun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaqub elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Aynurə ilə 2012-ci ildə ailə qurub:

"Birgə nikahımızdan Yusif və Yağmur adında iki övladımız dünyaya gəldi. Musiqiçi işlədiyimdən günün çox vaxtı səsyazma studiyasında olduğum üçün adətən evə gecə saat 12 radələrində, bəzən də daha gec gəlmişəm. Çünki işə axşam saat 18 radələrində getmişəm.

Arvadım Aynurə əvvəllər notariusda işləsə də, evləndikdən sonra onu işdən çıxarmışam. Aynurə evdə uşaqlara baxıb. Yusif birinci sinifdə oxuyub, Yağmur isə hadisədən bir gün sonra bağçaya başlamalıydı. Aynurənin son vaxtlarkı davranışından şübhələndiyim üçün mənə xəyanət etdiyini hiss etdim".

"Zəng etdim, cavab vermədi..."

Yaqubun sözlərinə görə, Aynurə son vaxtlar telefonuna zəng gələndə başqa otağa keçir, onun yanında telefonla danışmırmış: "Bəzən də gələn zənglərə cavab vermirdi. Səbəbini soruşanda müxtəlif bəhanələr gətirirdi. O, anasının və ya başqa qohumun yazdığını, zəng etdiyini dedi.

Oktyabrın 5-də saat 20 radələrində işi tez qurtardığı üçün evə gələndə qapını döysəm də, Aynurə qapını açmadı. Dükanda olanda Aynurənin mobil telefonuna zəng etdim, amma telefona cavab vermədi. Qapıya uşaqlar gəldi, Aynurənin evdə olmadığını dedilər. Bu səbəbdən qapını özüm açarla açaraq içəri keçdim.

Az sonra evə qayıtmağımdan xəbəri olmayan qonşumuz Aygün qapını döydü. Qapını açanda planşetə Aynurənin zəng etdiyini və ona cavab verməyimizi istədi. Belə başa düşdüm ki, Aynurə evdə olduğumu bilmədiyindən bunu Yusifə deməyi qonşudan xahiş edib. Planşetə baxdım, doğrudan da başqa nömrədən zəng gəldiyini gördüm. Zəngə cavab verdim".

"Dedi ki, sübut et, sonra danışım"

Yaqub qeyd edib ki, qarşı tərəfdən Aynurənin "alo" dediyini eşidib: "Telefona cavab verəndə Aynurə səsimi tanıdı, bir müddət telefonda səs kəsildi, sonra telefonu tanımadığım bir kişi götürdü. O, "Danışan İxtiyardır?" sualını verdi. Mən "xeyr, səhv düşmüsən" dedikdən sonra telefonu söndürdüm.

Təxminən 5 dəqiqə sonra Aynurə evə gəldi. O, guya aptekə getdiyini, uşaq üçün dərman almaq istədiyini, oradan da yaxınlıqdakı "Çinar" marketə baş çəkdiyini söylədi. Əlində səbət olsa da, Aynurəyə inanmadım. Dedim ki, hər şeyi biləcəm, özün etiraf et. Aynurə dedi ki, sübut et, sonra danışım.

Aynurənin mobil telefonunu, planşeti və noutbukun da elektrik naqilini götürdüm, həyətə düşdüm. Aynurənin zəng etdiyi, yuxarıda qeyd etdiyi nömrənin sahibini axtarmağa başladım. Həmin nömrəyə yenidən zəng etdim".

"Əlimdə dəqiq sübut olmadı"

Yaqubun ifadəsinə görə, telefona cavab verən şəxs Aynurəni tanımadığını, adının Yavər olduğunu, ona zəng etməməyi, yolda olduğunu, rayona getdiyini, kolbasa sexində işlədiyini deyib: "Tanıdığım adamlardan belə birinin olub-olmadığını soruşsam da, heç kim elə adda birini tanımadıqlarını dedilər. Sonra evə qayıdaraq Aynurənin telefonunda vatsap mesajlarını geri qaytarmağa çalışsam da, alınmadı. Nömrə çıxsa da, mesajlar bərpa olunmadı.

Sonra Aynurədən soruşdum ki, bayaq zəng edən nömrə onun telefonunda qeydiyyatdadır? Xəbəri olmadığını bildirsə də, artıq Aynurənin mənə xəyanət etdiyini bildim. Amma əlimdə dəqiq sübut olmadı".

"Xəyanəti bağışlamadım"

Yaqub qeyd edib ki, oktyabrın 6-da saat 21 radələrində bir az evdə oturduqdan sonra yaxınlıqdakı kafelərdən birində yemək yeyib, spirtli içki içib, gecə saat 12 radələrində evə qayıdıb: "Vatsapda həmin nömrəni gördüm, telefonu yenidən araşdırandan sonra mobil telefon nömrəsinin "Fərqanə məktəb" adı ilə qeydiyyatdan keçdiyini gördüm. Bunun səbəbini soruşdum. Aynurə məcbur qalaraq həmin şəxslə 5 aydır tanış olduğunu, telefonda danışdığını dedi.

Bu sozlərdən əsəbləşdim, üzünə şillə vurdum. Divanda otuzdurdum və danışmağını istədim. Aynurə da danışaraq həmin şəxsin adının Mirəziz olduğunu, "Qurtuluş"da görüşdüklərini dedi. Çox əsəbi olduğumdan Aynurənin dediyi sözlərin çoxunu unutmuşam. Bundan sonra xəyanəti Aynurəyə bağışlamadım. Əsəblərimi cilovlaya bilmədim və Aynurəni oturacaq stulundan çıxartdığım taxta parçası ilə başına və ayağına zərbələr vurdum. Ancaq zərbələri özü bilərəkdən yavaş vurdum ki, Aynurə qorxusundan danışsın.

Ancaq Aynurə qışıqıraraq yataq otağında bacısı ilə yatan oğlum Yusifi çağırdı. Guya onu öldürmək istədiyimi dedi. Yusif səsə oyanaraq gələndə Aynurəni vurmağı dayandırdım".

"Özünü pəncərədən aşağı atdı"

Yaqubun ifadəsinə görə, Aynurəni qohum-əqrəba içərisində biabır etmək üçün saçından tutub, hamam otağına aparıb, əvvəl üzqırxan maşınla başını qırxıb: "Maşın yaxşı işləmədi, həmçinin Aynurəyə ürəyim ağrıdığı üçün saçını tam keçəl olmasın deyə qonaq otağına gətirdim. Onu divanda əyləşdirərək qayçı ilə saçını kəsdim. Aynurənin saçını qırxan zaman mənə müqavimət göstərmədi. Ancaq arada "bəsdir, bəsdir" dedi.

Aynurəyə saçını tam qırxacağımı, o vəziyyətdə anasına verəcəyimi dedim. Sonra siqaret çəkmək üçün zalın baş tərəfindəki pəncərəyə getdim. Aynurə ayaq üstə duranda ondan hara getdiyini soruşdum. Su içməyə getdiyini dedi. Otaqdan çıxaraq mətbəxin pəncərəsinə tərəf qaçdığını gördüm. Tez dalınca yüyürsəm də, ona çata bilmədim.

Aynurə özünü pəncərədən aşağı atdı. Tez aşağı düşdüm. Aynurənin üzünə su vurdum".

"Daim pul vermişəm"

Təqsirləndirilən şəxs bildirib ki, orada olan şəxslər təcili yardıma zəng edib və həkim çağırıblar: "Az sonra təcili yardım maşını gəldi, Aynurəni xəstəxanaya apardı. Sonra yuxarı qalxdım, əynimi dəyişdim. Xəstəxanaya getmək üçün aşağıya düşdüm. Telefonum üzərimdə olmadığını gördüm. Nə qədər axtarsam da, tapa bilmədim. Az sonra polis əməkdaşları gələrək məni i idarəyə apardılar. Orada Aynurənin öldüyünü bildim.

Aynurə əvvəllər mənə özünü öldürəcəyilə bağlı heç nə deməyib. Xaraktercə çox ərköyün, uşaq kimi şıltaq biri olub. Məsələn, Aynurə türk seriallarına baxıb və özü də onlar kimi yaşamaq istədiyini deyib. Hər xırda şeydən narazı qalıb, heç nəyi bəyənməyib. Ona görə də yola gedə bilməmişik.

Aynurə maddi cəhətdən məndən asılı olub. Çünki heç bir yerdə işləməyib. Evin dolanışığını mən təmin etmişəm. Daim Aynurəyə pul vermişəm.

Oktyabrın 1-də Aynurəyə 1500 manatl verdim, uşaqlara paltar al dedim. Aynurəyə qarşı amansız rəftar edən, onun ləyaqətini alçaldan, döyən, işgəncə verən, təhqir edən, hədə-qorxu gələn şəxs olmamışam. Hadisədən əvvəl sonuncu dəfə 2-3 ay əvvəl adi məişət zəminində olan mübahisədə bir dəfə ona şillə vurmuşam. Son bir ildə Aynurə ilə aramızda bir neçə dəfə, təxminən 5-6 dəfə sözlü mübahisə olub".

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb.

Yaqub 5 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm