Bakıda qətl törədib qaçan şəxs avtomobildə yaxalandı
Bizi izləyin

Kriminal

Bakıda qətl törədib qaçan şəxs avtomobildə yaxalandı

Bakıda ötən ay qətl törədən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aprelin 10-da Biləcəri qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Allahverdiyevin ürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Rəhmanov müəyyən edilərək idarə etdiyi “VAZ-21214” markalı avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm