• USD 1,7000 0,00% EUR 1,9768 0,00%
    • GBP 2,3451 0,00% RUB 0,0239 0,00%

Azərbaycanda şəhid atasından DƏHŞƏTLİ ƏMƏL - Qudasını öldürdü/FOTO-VİDEO (YENİLƏNDİ)

  • Kriminal
  • 23 Sentyabr 2021 09:45
  • 6 612 Baxış
Azərbaycanda şəhid atasından DƏHŞƏTLİ ƏMƏL - Qudasını öldürdü/FOTO-VİDEO

Video əlavə olunub.

xxx

Ötən gün saat 14 radələrində Goranboy rayonunda Buzluq kənd sakini, 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin idarə etdiyi "VAZ 2121" markalı avtomobillə qudası, 1966-cı il təvəllüdlü Qasımov Fərrux Əliş oğlunu vurub öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisəni törədən Ə.Nağıyev Vətən müharibəsi şəhidi, 1990-cı il təvəllüdlü gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən Fərrux Qasımov isə şəhidin dayısı, həmçinin qayınatasıdır.

Bildirilir ki, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan münaqişədən sonra hər iki şəxs küçəyə çıxıb və orada Ə.Nağıyv avtomobilini qudasının üstünə sürərək onu vurub. Hadisə şəhid Vüsal Nağıyevin adını daşıyan küçədə baş verib.

Ə.Nağıyev saxlanılıb, araşdırma aparılır.

Faktla bağlı cinayət işi açılıb.

xxx

Sentyabrın 22-i saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

xxx

Goranboy rayonunda qətl hadisəsi baş verib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun özündə baş verib.

Buzluq kənd sakini, 65 yaşlı Əmraslan Nağıyev idarə etdiyi avtomobillə qudası 1966-cı il təvəllüdlü Fərrux Qasımovu qəsdlə vuraraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR