Nida Xəbər
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində deyib.
Nəşr xatırladır ki, dünyanın əksər ölkələri Yay və Qış Olimpiya Oyunları zamanı atəşkəs barədə razılığa gəlirlər.
“Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək”, - H.Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək:
"Biz sülh gündəmini irəli aparmaq üçün çalışırıq. İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər.
Təhlükəsizliyin bir çox elementi var və iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir”.
(Report)
-
Elm və təhsil18:00
5 yaşında baxdığı cizgi filmi ilə həyatı dəyişən azərbaycanlı: Görün ini haradadır
-
Səhiyyə17:01
Azərbaycanda şəkər dərmanları yoxa çıxıb: Komitə üzvü “xəbərimiz yoxdur” deyir
-
Nida Xəbər 16:32
Ermənistan sərhədimizdə müşahidə məntəqələri tikir
-
İqtisadi gündəm16:00
Fermerin üzü gülür: Amma alıcının cibi “yanır”
-
Sosial15:54
Bu şəxslərə hər ay 200 manat veriləcək - RƏSMİ
-
Maraq dünyası15:00
Yaxın günlərdə pul kisələri dolub-daşacaq 3 bürc
-
Magazin114:20
Xalq artistindən Pərvinə sərt cavab: “Çaşan ördək...”
-
Nida Xəbər 13:48
Ermənistan polis daha bir separatçının evinə girdi: Paşinyanı devirmək istəyiblər?