Bakıda qadını öldürən şəxsin məhkəməsi başlayır
Bizi izləyin

Kriminal

Bakıda qadını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadənin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Publika.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlayaraq qətlə yetirib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm