Azərbaycanda 15 yaşlı qız 35 yaşlı kişidən hamilə qaldı - Cinayət işi açıldı
Bizi izləyin

Kriminal

Azərbaycanda 15 yaşlı qız 35 yaşlı kişidən hamilə qaldı - Cinayət işi açıldı

Ağsu rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan və onun hamilə qalmasına səbəb olan rayonun Kəndoba kənd sakini, 1988-ci il təvəllüdlü Arif Səlimova (soyadlar şərtidir) cinayət işi açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, A.Səlimov Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib. Bildirilib ki, Arif rayonun Yenilik kəndində ailəsi ilə birgə yaşayan 15 yaşlı qıza sevdiyini deyib və onunla evlənəcəyini bildirərək inandırıb. Bundan sonra o, bir neçə dəfə gizli şəkildə qızın yaşadığı kəndə gedərək oradakı evdə onunla qeyri-təbii və təbii yolla cinsi əlaqədə olub. Bir müddət sonra yeniyetmə qızın hamilə olması üzə çıxıb və qızın qohumları bu barədə Arifə bildiriblər. Arif də öz növbəsində qızın qohumlarına onun bətnindəki körpənin tələf edilməsi məqsədilə 1100 manat pul verib.

Yetkinlik yaşına çatmayan qız xəstəxanaya müraciət etdikdən sonra bu barədə hüquq-mühafizə orqanları məlumat alıb və Arif cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmü ilə 35 yaşlı kişi 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm