Azərbaycanda 2 nəfərin öldüyü partlayışa görə bu şəxs cəzalandırıldı
Bizi izləyin

Kriminal

Azərbaycanda 2 nəfərin öldüyü partlayışa görə bu şəxs cəzalandırıldı

Ötən ilin aprel ayında Ağstafa rayonunun Vurun qəsəbəsində 2 nəfərin ölümü ilə nəticələnən partlayışa görə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, həmin qəsəbədə yerləşən kömür sexinin sahibi, 1960-cı il təvəllüdlü Yamin Əliyev Cinayət Məcəlləsinin 124.2-ci (Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Ağstafa rayon Məhkəməsinin çıxardığı hökmlə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, partlayış kömür hazırlanması üçün nəzərdə tutulmuş çənə odunlar doldurulduqdan sonra baş verib.

Bu zaman çənin 2 metr ölçülü qapağı yerindən çıxaraq kənara düşüb. Yamin başını əyərək xəsarət almaqdan yayınıb. Qapaq bir qədər aralı məsafədə dayanmış fəhlələr - Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərova çırpılıb. Onlar hadisə yerində ölüb.

Dəhşətli hadisə zamanı C.Əsgərovun başı bədənindən qopub.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm