Maşınla adamın üstündən keçdi, bu cəzanı aldı
Bizi izləyin

Kriminal

Maşınla adamın üstündən keçdi, bu cəzanı aldı

Bakı şəhər Xətai rayonu Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının həyətində yük maşını ilə qəza törədən 1986-cı il təvəllüdlü Yavər Rəşidova hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, "Hyundai" markalı yük avtomobili ilə piyada İlqar Tağılını vuran şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə mühakimə edilib.

Məlum olub ki, şadlıq evinə ərzaq gətirən Yavər daha sonra təhlükəsizlik qaydalarına əməl etmədən avtomobili arxa-arxaya hərəkət etdirib. Bu zaman yük maşını piyada İlqar Tağılının üstündən keçib. Ağır xəsarət alan kişi vəfat edib.

Hadisədən sonra Yavər Rəşidov İlqarın yas mərasiminin xərclərini və ailəsinə dəymiş ziyanı qarşılayıb.

Xətai rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm