Kriminal
Sosial şəbəkədəki “Nərmin Musavi” əslində kişi imiş - ŞOK TƏFƏRRÜAT
Azərbaycanda tanışını qadın adı ilə aldadan və intim görüntülərini əldə etdikdən sonra onu şantaj edən kişiyə cinayət işi açılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayonu Pirili kəndində yaşayan 1990-cı il təvəllüdlü Nemət Ağayev Cinayət Məcəlləsinin 156.1-ci və 182.1-ci (şəxsi həyatın toxunulmazlığını pozma və hədə-qorxu ilə tələb etmə) maddələri ilə məsuliyyətə cəlb edilib.
Belə ki, bir müddət əvvəl Əlcəzairdə yaşayan Türkiyə vətəndaşı Abdi Çeçen Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edərək Nərmin Musavi adlı qadının onun intim görüntülərini əldə etdiyini və xeyli vaxtdır şantaj edərək 2320 dollar pulunu hədələməklə aldığını bildirib. Şikayətçi əlavə edib ki, sosial şəbəkədə tanış olduğu qadın onun çılpaq görüntülərini qardaşına da yollayıb.
Bundan sonra polis tərəfindən araşdırma aparılıb və məlum olub ki, Nərmin Musavi əslində Kürdəmirdə yaşayan Nemət adlı gəncdir.
Araşdırmalar zamanı üzə çıxıb ki, Abdi Çeçen əvvəllər Azərbaycanda yaşayıb və şirkətdə işləyib. O, daha sonra tanışı Nemətdən borc pul istəyib. Belə ki, Abdi qızının ağır xəstəlikdən əziyyət çəkdiyini deyib və Nemətdən 500 dollar borc istəyib Nemət də qızıllarını lombarda 4 faizlə girov qoyaraq, Abdiyə pul göndərib. Lakin Türkiyə vətəndaşı aldığı pulu geri qaytarmaqdan boyun qaçırıb. Bundan sonra Nemət qadın adı ilə profil yaradaraq Abdi ilə tanış olub. O, Abdi ilə intim mövzuda söhbətlər aparıb, çılpaq qadın fotoları göndərərək özünün şəxsiyyətinin həqiqiliyinə inandırıb və onun intim görüntülərini əldə edib. Bundan sonra Nemət “Nərmin Musavi” adı ilə dəfələrlə Abdini hədələyib və intim görüntülərini yayacağını deyib. Qorxu keçirən şəxs Əlcəzairdən Nemətin göndərdiyi karta bir neçə dəfə pul göndərib. O, ümumilikdə 2320 dollar pul yollayıb. Lakin hədələrin ardının kəsilməməsini gördükdə, polisə şikayət edib. Barəsində cinayət işi açılan Nemət Kürdəmir polisi tərəfindən həbs edilib.
Bir neçə gün əvvəl Kürdəmir rayon Məhkəməsi Nemətin haqqındakı cinayət işinə baxıb. Məhkəmə Nemət Ağayevi Cinayət Məcəlləsinin 156.1-ci maddəsi üzrə məsuliyyətindən azad edib. Ona, 182.1-ci maddəsi üzrə isə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin təqsirləndirilən şəxsin cəzası şərti hesab edilib və o, məhkəmə salonundan sərbəst buraxılıb.
Turqut Seyidov
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO