Kriminal
Naxçıvanda gizli sevgi yaşayan evli qadınla kişinin FACİƏSİ - TƏFƏRRÜATLAR
Ötən ilin iyun ayında Naxçıvan şəhərində 2000-ci il təvəllüdlü Tahirə Cəmilovanın (ad və soyad şərtidir) qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 1985-ci il təvəllüdlü Röyal Zeynalovun Naxçıvanda yerləşən Nəqliyyat İdarəsində qeydiyyatçı vəzifəsində çalışması məlum olub.
Araşdırmalar zamaı bəlli olub ki, T.Cəmilova evli və 1 uşaq anası, Röyal isə ailəli və 2 uşaq atasıdır. Onlar arasında 2000-ci ildə sevgi münasibəti başlayıb və 3 il ərzində dəfələrlə görüşərək gizli münasibətdə olublar. Lakin 2023-cü ildə Tahirənin Röyaldan mütəmadi pul istəməsindən sonra onların münasibəti pozulub. Son olaraq T.Cəmilova sevgilisindən 700 manat verməsini istəyib. Royal isə ona xərclərini qarşılamaq üçün 320 manat verib. Bu səbəbdən hər iki şəxs arasında mübahisə yaranıb və Tahirə Cəmilova Röyalı söyərək təhqir edib. Əsəblərinə hakim ola bilməyən Röyal isə dəsmalı götürərək onu boğub öldürüb.
Hadisədən sonra hər iki şəxs arasındakı gizli münasibətlər üzə çıxıb. Röyalın həyat yoldaşı iki övladını da götürərək evdən gedib və ərindən boşanıb.
Barəsində cinayət işi açılan Röyal isə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı