Kriminal
18 yaşlı oğlan bibisinin ərini niyə öldürüb? - TƏFƏRRÜAT
Aprelin 6-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətldə töqsirləndirilən 18 yaşlı Pərviz Əhmədova hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, məhkəmədə bildirilib ki, 2023-ü ilin 28 oktyabr tarixində Pərviz münaqişə zəminində bibisinin əri olan 40 yaşlı Burhan Vahabovu güllələyərək öldürüb.
Belə ki, hadisədən əvvəl polisin keçirdiyi əməliyyatla Burhan, Pərviz və bir neçə qohumları saxlanılıb. Lakin sonra polis Burhanı sərbəst buraxıb. Bundan sonra Burhan başqa qohumlarına görə işə düşdüyünü danışıb və bəzi şəxslər haqqında fikirlər bildirib. O, bəzi qohumları ilə münasibəti kəsəcəyini deyib.
Bunu eşidən Pərviz bibisinin ərinin digər şəxslərin "üzünə durdu"ğunu bildirərək, münaqişə yaradıb. O, Burhanın evinə gedərək onu həyətə çağırıb və yaxın məsafədən atəş açaraq qətlə yetirib.
Məhkəmədə Burhanın həyat yoldaşı öz qardaşı oğlu olan Pərvizdən şikayətçi olduğunu deyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel tarixli hökmü ilə Pərviz Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib. O, 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov
-
İdman02:12
Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - ANBAAN VİDEO
-
Sosial01:11
Düyü yenidən bahalaşa bilər
-
Qoroskop00:15
Günün ULDUZ FALI: işlərin gedişatı sizi narazı sala bilər
-
Sosial18 May 23:36
"Rossiya-24"ün Laçınla bağlı xüsusi REPORTAJI: "Artıq bu ərazilər tam təhlükəsizdir" - VİDEO
-
Sağlamlıq18 May 22:24
Bu göyərti böyrəklərdə daş əmələ gətirir - FOTO
-
Kriminal18 May 22:12
Könülün qətli ilə bağlı müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
-
Sosial18 May 22:00
"Qaragilə" ilə gündəm olan deputat qeyri-adi bacarıqlarından danışdı - VİDEO
-
Kriminal18 May 21:48
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...