Kriminal
400 min manatı mənimsəməkdə ittiham olunur - Neçə il həbs cəzası verilə bilər?
“Formula 1”ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.
Bu gün prokuror cinayət əməli ilə haqda istintaq materiallarında yazılanları tək-tək açıqlayıb.
Qısa olaraq xatırladaq ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun işçisi olub. Rəhimov özü də istintaq dövründə ifadə verib. Mehdiyevin cinayət əməlinin üstü arvadının şikayətindən sonra açılıb. İstintaq orqanı dövlətə dəymiş ziyanın ödənilməsinin sürətlənməsi məqsədi ilə müttəhimin həbsini tələb etməyib.
Məhkəməyə sədrlik edən Leyla Əsgərova-Məmmədova deyib ki, müttəhimə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilsə, 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
İttihamın elanından sonra Mehdiyev özünü qətiyyən təqsirli bilmədiyini deyib.
Prokuror təqsirləndirilən şəxsin dindirilməsi ilə prosesin davam etməsini təklif edib. Müdafiə tərəfi isə bununla razılaşmayıb. Mehdiyevin vəkili isə əvvəlcə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsinin dindirilməsini istəyib:
“Bizə maraqlı olan bəzi məsələlər var. İyiriminci şəxsi (Çingiz Mehdiyevi nəzərdə tutur-red) gətirib qoyublar birinci şəxsin yerinə… zərərçəkmiş tərəf gəlib izah etsin, sonra müvəkkilim ifadə versin”.
Məhkəmə prokurorun təklifini qəbul edib.
Mayın 6-a təyin edilmiş proses təqsirləndirilən şəxsin sərbəst ifadəsi ilə davam edəcək.
(Qafqazinfo)
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN