Kriminal
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
xxx
Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

03:13
Sumqayıtda ərlə arvad qətlə yetirilib.
Publika.az xəbər verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.
Belə ki, Zərifə adlı qadın və həyat yoldaşı Hakim (soyadları dəqiqləşdirilir - red.) qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

-
Hadisə05:45
Partlayış olan evi iki gün əvvəl kirayə götürüblərmiş - VİDEO
-
Maraq dünyası05:15
Meyit tabutda oyana bilir? - Mif dağıldı
-
Sosial04:14
Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
-
Avropa03:43
Qutsul davasının təfərrüatları MƏLUM OLDU
-
Səhiyyə01:41
Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT
-
Magazin100:00
"İlhamə Quliyevanın cavabını verən yeganə mən olmuşam”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bunu sözlərlə ifadə etmək çətin ola bilər
-
İdman22 Aprel 23:36
Qalmaqallı boks gecəsi: Rəqibini nokaut etdi, məşqçisinə tüpürdü - VİDEO