Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
Bizi izləyin

Kriminal

Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO

Lənkəran şəhərində dəhşətli yol qəzası törədən gənc həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, ötən ilin 4 noyabr tarixində Lənkəran şəhərində 2006-cı il təvəllüdlü İsmayıl Xansuvarlının ölümü ilə nəticələnən qəzanı törədən 23 yaşlı Taleh Abdullazadəyə hökm oxunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, avtomobil Lənkəran Dövlət Universitetinin tələbəsi olan Qurban adlı gəncə məxsus olub.

O, avtomobilini sürmək üçün Talehə verib. Taleh də 17 yaşlı İsmayılla birgə avtomobilə minərək gəzintiyə çıxıb və maşını yüksək sürətlə idarə edib. Bu zaman avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı dirəyə çırpılıb. Nəticədə İsmayıl hadisə yerində ölüb.

Məhkəmədə avtomobilin sahibi olan Qurbanın babası da zərərçəkmiş şəxs kimi tanınıb. Məlum olub ki, avtomobili Qurbana sürmək üçün babası veribmiş. Həmçinin dəhşətli qəzanı törədən Talehin sürücülük vəsiqəsinin olmadığı da müəyyənləşib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel tarixli hökmü ilə Taleh Abdullazadəyə nəqliyyat vasitəsini idarəetmə hüququ 2 il müddətinə əlindən alınmaqla, 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs edilib.

Bundan başqa, təqsirləndirilən şəxsdən 15 min manat tutulmasına və avtomobil sahibinə ödənilməsinə də qərar verilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm