Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
Bizi izləyin

Region

Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ

İran Prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək.

Publika.az xəbər verir ki, bunu respublikanın vitse-prezidenti, prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn mərasiminin təşkili komitəsinin rəhbəri təyin edilən Möhsün Mənsuri deyib.

O, IRIB TV-yə açıqlamasında Rəisinin dəfn mərasiminin cümə axşamı, axşam saatlarında İmam Rza məqbərəsində keçiriləcəyini bildirib.

Qeyd edək ki, İmam Rzanın məqbərəsi, şiələrin əsas ziyarətgahlarından biri Rəisinin doğma şəhəri Məşhəddə yerləşir.

***

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm