Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı
Bizi izləyin

Kriminal

Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı

İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm