Dəb
Payızın trend ayaqqabı modelləri - FOTOLAR
Zərif hündürdaban ayaqqabılar, şübhəsiz ki, qadının ən gözəl aksessuarıdır. Lakin müasir qadının iş rejimi gün ərzində dikdaban ayaqqabı üzərində dayanmağa imkan vermir. Ona görə də əminliklə deyə bilərik ki, payız aylarında həm iş, həm də gəzinti zamanı baletkalardan daha rahat heç nə ola bilməz!
Müasir baletkaların şöhrəti 50-ci illərə təsadüf edir. Onların dəbə minməsi aktrisa və keçmiş balerina Odri Hepbernin adı ilə bağlıdır. Aktrisanın gözəlliyindən ilhamlanan ayaqqabı ustası Salvatore Ferraqamo onun üçün bir cüt baletka tikmişdi. Baletkalar Odri Hepbernin o qədər xoşuna gəlmişdi ki, onları hər yerə geyinirdi. Beləcə, aktrisa özü də hiss etmədən həmin ayaqqabı modellərinin reklamı ilə məşğul olurdu.
Odridən sonra o dövrün ən yaxşı aktrisa və ulduzları da baletkalarda görünməyə başladılar. Baletkalar Bricit Bardonun da imicinin vizit kartı hesab olunurdu. Amma artıq bir neçə ildir ki, baletkaları bir-birindən maraqlı modellər əvəz edir.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, mokasin, slipon, xüsusilə də loaferlər son bir neçə ildə baletkaları geridə qoyub.
Loaferlər, əslində, kişi qarderobuna aiddir. Lakin dizaynerlər kişi qarderobuna istinad edərək bu rahat ayaqqabıların qadınlar üçün də müasir formalarını yaradıblar.
Qeyd etmək lazımdır ki, bu mövsüm loaferlərin üstü məxmər parçadan tikilmiş, eyni zamanda zərli modelləri çox aktualdır. Həmin ayaqqabıları istənilən mağazalarda asanlıqla tapmaq olar.
Aytən
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ