Dəb
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
Milyarder Ceff Bezosun sevgilisi Loren Sançez qarderobunu bədən quruluşunu vurğulayan və ona qətiyyən yaraşmayan cəlbedici geyimlərlə doldurmaqdan əl çəkmir. Amma deyəsən, onun üslubu tezliklə dəyişəcək və internetdə ünvanına yazılan tənqidlər azalacaq.
Publika.az xəbər verir ki, milyarderin 54 yaşlı sevgilisi tezliklə hər kəsi təəccübləndirməyə hazırlaşır və ona bu işdə dəb eksperti Anna Vintur kömək edəcək.
Dünyanın heç bir sənət adamı və görkəmli iş adamları Loren qədər diqqət çəkmir. İnternet istifadəçiləri məşhur milyarder Ceff Bezosun sevgilisinin hər görünüşünü diqqətlə izləyir və onun fotolarını kəskin şəkildə tənqid edirlər. Onun Milanda Kişi Moda Həftəsindəki geyimlərinə, "Aviasiyanın Canlı Əfsanəsi" mükafatlandırma mərasiminə və ya Ağ Evdə son axşam yeməyinə gedərkən seçdiyi obrazlara baxmaq kifayətdir.
İzləyicilər onun üslubunu “Bütün yaxşı geyimlərimi eyni anda geyinməyə çalışanda mən", "Bu adamın dünya qədər pulu var, amma sevgilisinə normal stilist tuta bilmir?", "Əsl zövqsüzlük. Sanki paltarı şkafdan gözləri bağlı çıxarıb geyinib", “Loren Sançez ədəbsiz qadın kimi geyinir", "Zövqü pulla əldə etmək olmur", "Yalnız mən belə düşünürəm? Ya Loren Sançez demək olar ki, həmişə yüngül geyinir? Ceff həqiqətən onun belə görünməsini istəyir? Yəqin ki. Dodaqlarda filler, sinə implantları, nə etmək olar", "O, vacib bir şam yeməyinə, yoxsa striptiz klubuna gedirdi?" və s. bu kimi rəylərlə qiymətləndiriblər.
Çoxları elə düşünür ki, bu xanımın çox pulu olmasına baxmayaraq, zövqdən məhrumdur və nəyin ona yaraşıb-yaraşmadığı barədə heç bir anlayışı yoxdur. Ancaq Lorenin müdafiəsinə çıxan pərəstişkarları da tapılıb. Onlar əmindirlər ki, ünvanına yazılan iradlar Lorenin vecinə deyil, istənilən halda o, tezliklə planetin ən zəngin adamına ərə gedəcək!
Ən maraqlısı odur ki, Amerikanın "Vogue" jurnalının redaktoru, məşhur dəb tənqidçisi Anna Vintur da yol verdiyi saysız-hesabsız dəb xətalarına baxmayaraq, Sançez və Bezosu "Amerikanın yeni kral ailəsi" hesab edir. "Vogue" jurnalının baş redaktoru və "Met Gala"nın kuratoru onları mayın 6-da baş tutacaq toya şəxsən dəvət edib və 60 yaşlı iş adamının 54 yaşlı sevgilisi üçün paltarı özü seçməyə qərar verib. Bu barədə Anna Vinturun qeyri-rəsmi şəxsi bioqrafı Emi Odell bu yaxınlarda məlumat verib. Beləliklə, moda aləminin ən nüfuzlu qadını Kostyum İnstitutu Balında Sançezin qarşıdan gələn debütünə nəzarət edəcək.
Vinturun "Oscar de la Renta" və digər iki lüks brend arasında seçim etdiyi deyilir. Bu xəbər Lorenin statusunu bir daha təsdiqləyir. Axı Anna hər qonağın geyimlərini şəxsən seçmir və dəvətnamə hər kəsə göndərilmir. İddia olunur ki, Anna Sançezin zövq duyumunun olmadığını bilir və ona görə də istina edir.
Bezosun nişanlısının mayın 6-da keçirilən "Met Gala" kostyum balına dəvət alması həm də onu göstərir ki, moda sənayesi nəhayət onu qəbul edib. Yaxud da belə bir addım Anna Vinturun sadəcə olaraq şəxsi mənfəəti naminə ətrafına ən nüfuzlu insanları toplaması ilə izah oluna bilər. Məsələn, Lorenin qırmızı xalçada görünməsi tədbirə rəng qatacaq və bütün dünyada müzakirə olunacaq. Anna hamıdan yaxşı bilir ki, məhz belə mübahisəli qərarlar daha çox reytinq gətirir. Bundan əlavə, Loren Sançez və Ceff Bezos tezliklə evlənirlər. Bu o deməkdir ki, "Vogue" jurnalının baş redaktoru çox güman ki, ona gəlinlik seçimində kömək edəcək, eyni zamanda nəşr çox arzulanan eksklüzivləri alacaq.
Qeyd edək ki, Ceff Bezos 194 milyard dollarlıq sərvətin sahibidir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi








.jpg)

.jpg)










.png)
.jpg)














