Daha bir dizayner fransız moda evini tərk etdi
Bizi izləyin

Dəb

Daha bir dizayner fransız moda evini tərk etdi

Yüksək dəb aləmində gözlənilməz dəyişikliklər baş verib. Belə ki, Raf Simons “Dior” moda evini tərk etdikdən sonra daha bir dizayner analoji addım atıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Lanvin” fransız moda evinin yaradıcı direktoru Alber Elbaz 14 illik fəaliyyətdən sonra vəzifəsindən istefa verib.

“WWD” portalının məlumatına görə, modelyerin istefasına səbəb kimi onun “Lanvin”nin icraçı direktoru Mişel Yiban və moda evinin indiki sahibi Şou-Lan Vonq arasında fikir ayrılığının yaranması göstərilib.

Bununla yanaşı, moda aləmində söz-söhbət gəzir ki, “Dior” evinin yaradıcı direktoru vəzifəsinə ən çox ehtimal olunan namizədlərdən biri məhz Elbazdır. Xatırladaq ki, Raf Simonsun “Dior”dan qəfil gedişindən sonra kreativ dizayner postu boş qalıb.

Məlum olduğu kimi, Alber Elbaz “Lanvin”ə qədər “Guy Laroche”nin kreativ direktoru olub, sonra isə “Yves Saint Laurent” dəb evinin pret-a-porte xəttinə rəhbərlik edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm