Dəb
Modapərəstləri heyrətləndirən növbəti dəb şousu - FOTOLAR
Milan Moda Həftəsi çərçivəsində “Gucci”nin yeni kolleksiyası nümayiş olunub.
Publika.az xəbər verir ki, moda evinin kreativ dizayneri Alessandro Mikelenin hazırladığı orijinal kolleksiyasını görmək üçün dəfiləyə Miroslava Duma, Elizabet Olsen, Karin Roytfeld və digər tanınmışlar qatılıb.
Alessandro Mikele vəzifəyə başladığı andan etibarən radikal dəyişiklikləri ilə bütün dəb həvəskarlarını təəccübləndirir, onun qeyri-adi fasonları uzun müddət dəb dünyasında müzakirə obyekti olur. Dizaynerin növbəti şousu da istisna olmayıb. O, 2016-2017-ci ilin payız-qış mövsümü üçün hazırladığı kolleksiyada yenidən vintaj stilinə müraciət edib. Buna baxmayaraq, dizayner çıxışı zamanı arxivin məhbusu olmaq niyyətində olmadığını bildirib:
“Mən həmişə öz ideyalarımı həyata keçirirəm. İdeyalarım obyektiv tarixi faktlara söykənmir, onlar subyektiv yaddaşda yaşananlardan doğur”.
Belə görünür, dizayner moda evinin üslub konsepsiyasını tamamilə dəyişməkdə iddialıdır. Artıq bir ildən çoxdur ki, dizayner darıxdırıcılıqdan çox uzaq əlvan, romantik paltarlar yaratmağa çalışır. Qeyd edək ki, Mikele iri bant, volan və böyük çərçivəli eynəklər, eləcə də, beret və rəngbərəng kolqotqalardan imtina etmək fikrində deyil.
Yeni kolleksiyada dizayner nağıl qəhrəmanları motivlərinə də müraciət edib. Mikele ciddi üslubda geyinən xanımları da unutmayıb və onlar üçün birrəngli kostyum dəstləri hazırlayıb.
Aytən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər





































.jpg)
.jpg)