Dəb
Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
“Dəb hökmü” verilişinin aparıcısı, stilist Aleksandr Roqov payızın ən dəbli və dəbdəbəli trendini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
“Saçaqlar payız-qış mövsümünün ən dəbdəbəli trendlərindən biridir! Bu mövsüm saçaqlar pencəkləri, ətəkləri, çantaları və üst geyimlərini bəzəyir. Uzun, qısa, nazik və ya qəsdən həcmli saçaqlar obrazlara dinamika qatır. Qeyd etmək lazımdır ki, saçaqlar çoxdan boho üslubunun ənənəvi estetikasının hüdudlarını aşıb. İndi onlara həm daha minimalist, həm də tamamilə eklektik obrazlarda rast gəlmək mümkündür”, - deyə Roqov yazıb.
Ekspert daha əvvəl futbol üzrə Dünya Çempionatının dolayı təsiri nəticəsində nömrəli futbolkaların yenidən dəbə qayıtdığını bildirmişdi.
Bir neçə gün əvvəl Aleksandr Roqov trend olan yapışqan bəzəklərin bahalı zinət əşyalarını əvəz edəcəyini deyib. Stilist boyunbağı, bilərzik, üzük və sırğa formasında stikerlər buraxan "Julie Kegels" brendinə diqqət çəkib. Ekspertin sözlərinə görə, bu bəzəklər moda həvəskarları arasında dərhal viral populyarlıq qazanıb.
Hüseyn İbadlı
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO




























.jpg)







.jpg)

.jpg)