70-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto
Bizi izləyin

Dəb

70-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto

70-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto

"Glamour" jurnalının redaktorları 1970-ci illərdən yenidən dəbə qayıdan saç düzümünü açıqlayıblar.

Publika.az xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.

Ekspertlər daranaraq həcm verilmiş gur və iri buruqları yeni trend elan ediblər. Qeyd olunub ki, əvvəllər bu cür saç düzümünə amerikalı müğənnilər üstünlük verirdilər. Bu görünüşü əldə etmək üçün redaktorlar nəm saçlara yüngül mus və buruq saçlar üçün krem çəkməyi, daha sonra başı önə əyərək diffuzor vasitəsilə qurutmağı tövsiyə ediblər. Ardınca həcm yaratmaq üçün saç tellərini yüngülcə dibdən daramaq və elastik fiksasiyalı lakla sabitləmək lazımdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm