Dəb
Viktoriya Bekhem dikdabanları ilə vidalaşdı? – FOTOLAR
Viktoriya Bekhem hamilə ikən və ya qucağında körpəsi olanda belə dikdaban ayaqqabılardan imtina etməmişdi. Amma görünür, modelyerin sevdiyi ayaqqabıları ilə ayrılığının vaxtı çatıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı Bekhem illərdir vaz keçmədiyi hündürdaban ayaqqabılarına vida etməli olub.
Məsələ bundadır ki, 5 il bundan əvvəl həkim Viktoriya Bekhemə hündürdaban ayaqqabı geyinməməyi məsləhət görüb. Ancaq o zaman Viktoriya yüksəkdaban ayaqqabılarından ayrıla bilməmişdi. Modelyer həkimin bu məsləhətinə illər sonra əməl etməyə qərar verib. Deyilənlərə görə, modelyerin bu qərarı verməsinə ayağındakı problem səbəb olub.
Bekhem “The Telegraph” qəzetinə verdiyi müsahibəsində bunları deyib:
“Artıq hündürdaban ayaqqabıya üstünlük verməyəcəm. Ən azından, çalışarkən. Çox səyahət edirəm və paltarlarımın daha rahat və sadə olmasını istəyirəm”.
Yeri gəlmişkən, modelyer Nyu-York Moda Həftəsi çərçivəsində nümayiş etdirdiyi kolleksiyasında da bu qaydaya əməl edib. Onun hazırladığı kolleksiyada rahat şalvarlar və idman ayaqqabılar yer almışdı. Modelyerin bu dəyişikliyi izləyənləri də təəccübləndirmişdi.
Xatırladaq ki, Bekhem illər əvvəl altı düz ayaqqabılardan nifrət etdiyini söyləmişdi. Bekhem “Balerina ayaqqabıları geyinmirəm. Hündürdaban ayaqqabıları çox sevirəm. Əslində, altı düz ayaqqabılardan nifrət edirəm. Onlar mənə iyrənc gəlir" - demişdi.
Viktoriya Bekhemin yaxınları modelyerin hündürdaban ayaqqabılara olan sevgisini boyunun ərindən qısa olması ilə əlaqəndirir. Hündür ayaqqabılar sayəsində o, yaraşıqlı əri Devid Bekhemlə eyni boyda görünür.
Aytən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər





































.jpg)
.jpg)