Dəb
Baharın romantikasına uyğun pencək dəbi - FOTOLAR
Hansı üslubda geyinməyinizdən asılı olmayaraq, işdə ciddi dress-kod tələb olunmasa da, pencək hər bir qadın qarderobunun zəruri əşyasıdır. Pencək bir çox geyimlə uzlaşan universal geyimdir. O, həm gündüz, həm də axşam obrazının əsas tamamlayıcısıdır.
Publika.az bu yazıda pencək kombinlərinə aid bir neçə nümunə təqdim edib.
Bu bahar nə cür pencəklər dəbdə olacaq?
Baharın gəlişi ilə pencəklər dəb gündəmini zəbt edir. Oxucuları pencək dəbi ilə tanış etməzdən qabaq bildirək ki, əsl modapərəstin bir neçə pencəyi olmalıdır. Onlar da öz növbəsində fason və rənglərinə görə müxtəlif olur. Məsələn, klassik qara pencəkləri cins, futbolka, kokteyl paltar, hündürdaban, eləcə də, idman ayaqqabıları ilə uyğunlaşdırmaq mümkündür.
Qarderobun rahat və dəbli predmeti olan pencək, demək olar ki, aparıcı dünya dizaynerlərinin hər kolleksiyasında yer alıb. Bahar kolleksiyalarında dizaynerlər pencəkləri müxtəlif modellərdə - rəngli, birdüyməli, ikidüyməli, uzun və qısa formada, o cümlədən, etnik naxışlı variantlarını təqdim ediblər. İlin ən dəbli rəngləri arasında qara, boz, sarı, ağ və çəhrayının müxtəlif tonları var.
Daha zərif obraz üçün jaket tərzində, məsələn, tvid parçadan tikilən pencək əldə edin. Belə pencək istənilən obrazı çox yaxşı tamamlayacaq. Belə pencəklər qadını həm ciddi, həm cazibədar göstərir. Ümumiyyətlə, bahar ayları üçün ən yaxşı üst geyim növü tvid pencəkdir. Tvid hazırda dəb ilahələrinin də ən çox üstünlük verdiyi parçadır. Belə pencəkdə diqqətdən kənar qalmaq mümkün deyil.
Bu ilin pencək dəbinə smokinq tərzi də daxildir. Bu cür pencəklər xüsusilə nəfis axşam obrazı üçün uyğun gəlir.
Bir çox stilistlər sadə dəsti gözəlləşdirən ənənəvi olmayan qadın pencəyini məsləhət görür. Bu mövsümdə məxmər və zamşa kimi parçalar çox aktualdır. Lakin yaxşı olardı ki, məxmər pencəkləri gecə dəvətlərinə geyinəsəniz. Məsələ ondadır ki, məxmər pencək gündüz obrazını ağırlaşdırır və sahibini daha yaşlı göstərir.
Qısa pencəklər fəslin ən dəbli tendensiyasından biridir. Belə pencək demək olar ki, istənilən geyimlə gözəl uyğunlaşır: ideal ofis ansamblı yaratmaq üçün onu ətək-karandaşla, cins şalvarla və ya sadə donla geyinin.
Aytən
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi





































.jpg)
.jpg)