Dəb
Fransız gözəllərinin ölməz klassikası - FOTOLAR
Fransız dəbi dedikdə ilk olaraq, beretləri xatırlayırıq, çünki beret fransız dəbinin zinəti sayılır.
Publika.az xəbər verir ki, soyuq havalar üçün dizaynerlər bir çox baş geyimləri istehsal etsə də, klassik fransız bereti onlar arasında ən gözəlidir. Bu papağı nəinki qışda, hətta yaz və yay aylarında da istifadə etmək olar. Bu papaqlar mövsümdən asılı olmayaraq, istənilən obrazı gözəl göstərməyə qadirdir. Fransız beretini, adətən, qadınlar taxır. Buna baxmayaraq, bu baş geyimi kişilərdə, xüsusilə, rəssamlarda çox effektli görünür.
İlk beretlərin yaranması XV əsrə təsadüf edir. Bəziləri bu papağın rəssamlara aid olduğunu düşünsə də, bu aksessuar ilk dəfə fransız casusu üçün yaradılıb. Sonradan onları keşişlər mənimsədilər, o vaxtlar beret dördbucaq formada idi. Bir qədər sonra bu aksessuar həm ordu, həm də Avropanın mülki əhalisi arasında populyar olmağa başladı. O vaxtlar beretlər kiçik ölçüdə olub və əsasən, məxmər və ipək parçadan tikilir, lent, toqqa, sancaq və lələklərlə də bəzədilirdi.
Romantizm dövründə beretlər incəsənət adamları arasında populyarlaşmışdı. XX əsrin 1920-ci illərindən başlayaraq fransız modapərəstləri bereti qadın qarderobuna daxil etdilər. Onlar bereti gündəlik geyimlərlə uyğunlaşdırmaqla obrazı daha şıq göstərirdilər. Hazırda bu aksessuar bir çox ölkələrin hərbi geyimi kimi də istifadə olunur.
Beretlərin yaranması XV əsrə təsadüf etsə də, bu gün onların klassik variantları hələ də əvvəlki aktuallığını qoruyub saxlayıb. Beretlərin ən çox qırmızı və qara rəngi məşhurdur. Siz zövqünüzə uyğun olaraq, digər rəngləri seçə bilərsiniz. Beretlər də öz növbəsində müxtəlif materialdan hazırlanmış ola bilər, amma daha çox yun və ya pambıq qarışığından hazırlanır.
Toxunma beretlər də çox yayılıb. Beretin forması ciddi, yığcam, kiçik və həcmli ola bilər.
Modapərəstlər bereti çox zaman biryanlı qoyur. Prinsipcə, bu, istəyə bağlıdır. Bereti qarlı və şaxtalı havada biryanlı qoymaq tövsiyə olunmur. Başın ancaq bir tərəfini örtdüyü üçün soyuqlamaq ehtimalı artır.
Aytən
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







































