Dəb
Məşhur dizaynerdən məftunedici dəb şousu – FOTOLAR
Paris dəb həftəsi çərçivəsində “Balmain” brendinin yeni kolleksiyası nümayiş olunub.
Publika.az xəbər verir ki, moda evinin dizayneri Olivye Risten yenidən irimiqyaslı dəb şousu təşkil edib.
Adətən, dizayner kolleksiyaların hazırlanmasında əsas müştərilərinin tələbatını ödəməyə çalışır. O, bu ənənəsinə yenə sadiq qalıb. Məsələn, fasonların əksəriyyəti onun muzalarından biri - Cennifer Lopezin qum saatı formasında bədən quruluşuna uyğun hazırlanıb. Beli incə göstərən korset, corab-çəkmə və saçaqlar həmişəki kimi, qadın seksuallığını vurğulamağa xidmət edib.
Olivye Rusten bir çox həmkarları tək orta əsr dastan, nağıl obrazlarından ilhamlanmayıb. Dizaynerin əsas qəhrəmanları müasir qadınlardır. Bununla belə, volanlar, müxtəlif ornamentlər barokko ruhunu xatırladıb.
Kolleksiyası 2 əsas rəng üzərində qurulub, şouya mavi və çəhrayı başçılıq edib. Dizaynerin yumşaq rənglərə üstünlük verməsi, faktura seçiminə təsir edib. Belə ki, o, zamşa, xəz, velür, kəşmir kimi parçalara müraciət edib.
Dizaynerin yeni kolleksiyasını dünyanın ən gözəl modelləri nümayiş etdirib. Hətta Cici Hadidlə Kendal Jenner dəb nümayişi üçün saçlarının rəngini dəyişib. Cici sarışın saçı tünd, Kendal isə qara saçını sarıya boyayıb.
Aytən
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)